BMT-nin baş katibindən Olimpiya Oyunları ərəfəsində ÇAĞIRIŞ: “Silahları yerə qoyun!”

BMT-nin baş katibindən Olimpiya Oyunları ərəfəsində ÇAĞIRIŞ: “Silahları yerə qoyun!”

Hazırda oxunan: BMT-nin baş katibindən Olimpiya Oyunları ərəfəsində ÇAĞIRIŞ: “Silahları yerə qoyun!”

203320

BMT-nin baş katibi Antonio Quterreş Paris Olimpiadası üçün bütün dünya ölkələrinə çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Antonio Quterreş Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Parisdə keçirilən 142-ci sessiyasında çıxışı zamanı bildirib.

O hər kəsi silahlarını yerə qoymağa çağırıb:

“Olimpiya barışığı ruhunda hər kəsi körpülər qurmağa çağırıram. Həmrəylik tərbiyə edin. Və son məqsəd üçün səy göstərin: hamı üçün sülh”.

BMT-nin baş katibi qeyd edib ki, idman insanları bir araya gətirir, qarşılıqlı hörmət və ədalətli oyunu təşviq edir.
Qeyd edək ki, Fransada keçiriləcək “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO