Rusiyalı bloger Türkiyədə faciəvi şəkildə dünyasını dəyişdi - FOTO/VİDEO 

Rusiyalı bloger Türkiyədə faciəvi şəkildə dünyasını dəyişdi - FOTO/VİDEO 

Hazırda oxunan: Rusiyalı bloger Türkiyədə faciəvi şəkildə dünyasını dəyişdi - FOTO/VİDEO 

203259

"MotoTanya" ləqəbi ilə tanınan məşhur rusiyalı bloqer Tatyana Ozolina Türkiyədə faciəli şəkildə həyatını itirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "SHOT" teleqram kanalı məlumat yayıb. 

Tatyana Ozolina bu gün günorta saatlarında Muğla vilayətinin Milas-Söke magistralında motosikleti ilə qəza törədib. 

Bloger iki türk motosikletçi ilə yol boyu yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək TIR-a çırpılıb. 

Qəza nəticəsinə Tatyana Ozolina hadisə yerindəcə ölüb. 

Qeyd edək ki, məşhur blogerin “TikTok”da beş, “YouTube”da iki milyon izləyicisi olub. 

Digər türkiyəli motosiklet blogeri Onur Obut ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə şəraiti və səbəbləri araşdırılır. 
 














Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO