Harris ABŞ prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs toplayıb – KİV  

Harris ABŞ prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs toplayıb – KİV  

Hazırda oxunan: Harris ABŞ prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs toplayıb – KİV  

203202

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb. 

Agentliyin məlumatına görə, 2538 nümayəndə Harrisə öz dəstəyini verib. Demokratlar partiyasının qaydalarına əsasən, namizədliyin təsdiq olunması üçün minimum 1976 səs toplamaq tələb olunur.  

Bununla belə, qeyd olunub ki, bu rəqəmlər rəsmi və yekun nəticə deyil. 

Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison prezidentliyə namizədin avqustun 7-dək irəli sürüləcəyini bildirib. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO