Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən etibarən ilk görüşü Moskvada baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti mənbəyə istinadən iddia edib.
Bildirilib ki, danışıqlar şərti olaraq avqustda baş tuta bilər.
Nəşrin məlumatına görə, İraqın baş naziri Məhəmməd əl-Sudaninin görüşə dəvət olunacağı ehtimal edilir: “Lakin çox güman ki, İran tərəfi görüşə dəvət edilməyəcək”.
Qəzet Türkiyə qoşunlarının Suriyanın şimalından çıxarılması məsələsinin daha sonra müzakirə edilməsinə qərar verildiyini, ilk görüşdə əsas məsələlərdən birinin ikitərəfli ticarət məsələləri olacağını yazıb.
Türkiyə rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, iyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana "həmkarları ilə görüşməyi və normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı" tapşırdığını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:26 / 23.07.2024
Ərdoğan Əsədlə bu tarixdə Moskvada görüşə bilər - KİV
Hazırda oxunan: Ərdoğan Əsədlə bu tarixdə Moskvada görüşə bilər - KİV
Hazırda oxunan: Ərdoğan Əsədlə bu tarixdə Moskvada görüşə bilər - KİV
203179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.