Fransadan mətbuat azadlığına NÖVBƏTİ ZƏRBƏ – Bəzi jurnalistlərə olimpiada üçün akkreditasiya VERİLMƏDİ

Fransadan mətbuat azadlığına NÖVBƏTİ ZƏRBƏ – Bəzi jurnalistlərə olimpiada üçün akkreditasiya VERİLMƏDİ

Hazırda oxunan: Fransadan mətbuat azadlığına NÖVBƏTİ ZƏRBƏ – Bəzi jurnalistlərə olimpiada üçün akkreditasiya VERİLMƏDİ

203096

Casusluq iddiası ilə yüzə yaxın rusiyalı jurnalistin akkreditasiya müraciəti rədd edilib.

Bizim.Media "Reuters"-ə istinadən xəbər verir ki bu barədə Kremlin sözçüsü Dmitri Peskov konfrans zamanı jurnalistlərin suallarına cavablandırarkən deyib.

O, bildirib ki, Kreml Fransanın rusiyalı jurnalistləri Paris-2024 Olimpiadası üçün təhlükəsizlik qorxusu ilə akkreditasiyadan imtina etmək qərarının qəbuledilməz olduğunu bildirib və Fransa hakimiyyətini media azadlığına zərbə vurmaqda ittiham edib.

"Biz bu cür qərarları qəbuledilməz hesab edirik. Hesab edirik ki, bu cür qərarlar media azadlığına xələl gətirir və onlar Fransanın ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və digər təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri pozur. Biz müvafiq insan haqları təşkilatlarından, media azadlığının bütün əsaslarını və qaydalarını təmin etməyə yönəlmiş təşkilatlardan belə qərarlara reaksiya verməsini istəyirik", - D.Peskov qeyd edib.
Xatırladaq ki, Fransanın müvəqqəti Daxili İşlər Naziri Fransa Təhlükəsizlik Xidmətlərinin casusluq və kiberhücumla bağlı tədbirlər çərçivəsində Olimpiadaya akkreditasiyası üçün 4000-dən çox müraciəti rədd etdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO