Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ÖTÜB 

Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ÖTÜB 

Hazırda oxunan: Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ÖTÜB 

202970

Banqladeşdə tələbələrin məşğulluqda kvota sisteminin tətbiqinə qarşı etirazlarından sonra baş verən iğtişaşlarda ölənlərin sayı 151 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Frans Press” agentliyi polis və həkimlərin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda ölənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, Banqladeşdə komendant saatı tətbiq edilib və bu rejim iyulun 21-i axşam saatlarında yalnız 2 saat müddətinə dayandırılacaq. Banqladeş Ali Məhkəməsində məşğulluq kvotalarının ləğvi ilə bağlı müraciətə baxılmağa başlaması ilə əlaqədar iyulun 21-22-si istirahət günü elan edilib.
Ölkədəki iğtişaşlar səbəbindən Baş nazir Şeyx Hasina İspaniya və Braziliyaya səfərlərini ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO