Rusiya qırıcılarını ABŞ-a görə havaya qaldırdı

Rusiya qırıcılarını ABŞ-a görə havaya qaldırdı

Hazırda oxunan: Rusiya qırıcılarını ABŞ-a görə havaya qaldırdı

202952

Rusiyanın "MiQ-29" və "MiQ-31" qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52N" bombardmançılarının Barents dənizi üzərində dövlət sərhədini pozmasının qarşısını almaq üçün göyə qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyulun 21-də hava məkanına nəzarət sistemi Rusiya sərhədinə yaxınlaşan qrup hava hədəfini - Amerikanın "B-52N" strateji bombardmançı təyyarəsini aşkar edib.

“Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması üçün növbətçi hava hücumundan müdafiə qüvvələrinə məxsus "MiQ-29" və "MiQ-31" qırıcıları havaya qaldırılıb.
Nəticədə ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələri sərhəddən dönüb, Rusiya təyyarələri isə öz aerodromlarına qayıdıblar”, - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO