Putin Lukaşenkonu TƏBRİK ETDİ

Putin Lukaşenkonu TƏBRİK ETDİ

Hazırda oxunan: Putin Lukaşenkonu TƏBRİK ETDİ

202804

Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu dövlət başçısı vəzifəsində olmasının 30 illiyi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Müasir dövlət institutlarının qurulması və sosial-iqtisadi sahədə mühüm uğurlara imza atılması ilə əlamətdar olan Belarusun bütün müasir tarixi sizin adınızla ayrılmaz şəkildə bağlıdır.

Belarus seçiciləri ardıcıl altı dəfə ən yüksək dövlət vəzifəsini sizə etibar ediblər və bu, həmvətənləriniz arasında böyük nüfuzunuzun olmasına dəlalət edir”, - Putinin təbrik məktubunda deyilib.

Rusiya lideri vurğulayıb ki, Belarus və Rusiya xalqlarının rifahı naminə konstruktiv, yoldaşlıq dialoqunu və sıx birgə işi davam etdirməkdən şad olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO