Qəzzada öldürülən hamilə qadının bətnindəki körpə SAĞ QALDI

Qəzzada öldürülən hamilə qadının bətnindəki körpə SAĞ QALDI

Hazırda oxunan: Qəzzada öldürülən hamilə qadının bətnindəki körpə SAĞ QALDI

202797

İsrail ordusunun hücumu zamanı ölən hamilə qadının bətnindəki körpəsi xilas edilib.

Bizim.Media xəbər verir ki, bunu yerli həkim Doktor Xəlil Dəcran Associated Press İnformasiya Agentliyinə (AP) müsahibəsində deyib.

Həkim bildirib ki, körpəni oksigen çatışmazlığından əziyyət çəkdiyi üçün Qəzzanın şimalındakı əl-Avda xəstəxanasında inkubatora yerləşdiriblər.
Anası 25 yaşlı Ola əl-Kürd isə İsrailin dörd ay əvvəl valideynlərini və qardaşlarını öldürdüyü hava hücumundan sağ çıxmışdı. Lakin, cümə günü İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə hücumu zamanı altı nəfərlə birlikdə öldürülüb. Həmin vaxt o, 9 aylıq hamilə olub.

Əlavə edək ki, əri Ənəs Yasin də eyni zərbə nəticəsində yaralanıb və yeni doğulmuş oğlu ilə eyni xəstəxanada müalicə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO