“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

Hazırda oxunan: “Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

202714

Dünyada yaranan rabitə problemləri səbəbindən “Türk Hava Yolları” (THY) aviaşirkəti bir çox reysi təxirə salıb.

Bizim.Media şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, THY dünya üzrə müxtəlif sektorlarda bir çox şirkətə təsir edən proqram təminatı ilə bağlı yaranan problemin həllinə dəstək məqsədilə sistemindəki sıxlığı azaltmağa çalışır.

“Uçuşlarla bağlı yarana biləcək problemin qarşısını almaq məqsədilə THY tərəfindən icra olunan bəzi səfərlər təxirə salınır. Reyslərin tədricən normallaşması ilə bağlı tədbirlər görülür”, - deyə THY-nin məlumatında bildirilir.
Şirkət uçuşu ləğv olunan sərnişinlərin mobil tətbiq vasitəsilə dəyişiklik edə biləcəyini bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO