Məşhur tennis turniri üçün itə akreditasiya verdilər - FOTO

Məşhur tennis turniri üçün itə akreditasiya verdilər - FOTO

Hazırda oxunan: Məşhur tennis turniri üçün itə akreditasiya verdilər - FOTO

202496

“Böyük dəbilqə” seriyalı turnirlərin üçqat finalçısı, dünyanın 9-cu raketkası, norveçli tennisçi Kasper Ruud Bastadda (İsveç) keçirilən ATP-250 turnirindən gülməli xəbərlər paylaşıb. 

Bizim.Media xəbər verir ki, tennisçinin itləri Rafa və Bajas bu yarışlar üçün rəsmi akkreditasiya alıblar.

Ruudun bacısı Karolina bu xəbərə “Aman Allahım, Rafa Bastadda fərdi akkreditasiya alıb”, yazmaqla sosial şəbəkə hesabında reaksiya verib.

Bastaddakı turnirdə Ruud 22 qat “Böyük dəbilqə” çempionu ispaniyalı Rafael Nadalla cütlükdə yarışır. Norveçli və ispaniyalı turnirin ilk dövrəsini uğurla adlayıblar. Ruud və Nadal yarımfinala çıxmaq üçün Roman Safiullin (Rusiya)/Teo Arribaje (Fransa) cütlüyü ilə mübarizə aparacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO