Zelenski əlindəki son kartları OYNAYIR? - AŞPA-nın vitse-prezidentindən ÖZƏL AÇIQLAMA

Zelenski əlindəki son kartları OYNAYIR? - AŞPA-nın vitse-prezidentindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Zelenski əlindəki son kartları OYNAYIR? - AŞPA-nın vitse-prezidentindən ÖZƏL AÇIQLAMA

202267

Rusiya-Ukrayna müharibəsində vəziyyət alovlandıqca tərəflər daha çox itkilər verir. Xüsusilə Ukraynanın itkiləri kifayət qədər artmaqdadır. Qərb mətbuatında Zelenskinin küncə sıxışdırıldığı və ABŞ-ın zamanla Ukraynadan üz çevirəcəyi yazılır. Bütün bunlara baxmayaraq, Ukrayna prezidenti son açıqlamasında ölkəsinin ən qısa zamanda NATO-ya üzv olacağını bildirib.

Bundan əlavə, Trampın hakimiyyətiə gələcəyi təqdirdə Ukrayna ilə bağlı hansı münasibətləri quracağı da qaranlıq məqamlardan biridir. 

Bütün bu nüansları nəzərə alsaq, ortaya bir neçə sual çıxır: Zelenski əlindəki son kartları oynayır? Müharibənin gedişatı necə olacaq? Ukrayna bütövlüyünü bərpa edə biləcəkmi? 

AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko Bizim.Media-ya mövzu ilə bağlı özəl açıqlama verib. 

O, yardımlar məsələsi ilə bağlı fikrini belə ifadə edib:

“Əksinə, Qərb Ukraynaya yardımlarını artırır. Bunun üçün Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrinə nəzər salmaq kifayətdir. NATO növbəti il üçün Ukraynaya 40 milyard avro yardım ayırıb. Həmçinin “Ukrayna müqaviləsi” adlı sənəd qəbul edilib. Sənədi Ukrayna da daxil olmaqla 24 ölkənin prezidentləri və baş nazirləri, eləcə də Avropa İttifaqının liderləri imzalayıblar. Digər məsələlər ilə yanaşı, ölkələr Rusiyanın gələcək hücumu halında yüksək səviyyədə görüşəcəklərini və Ukraynaya dəstəyi müzakirə edəcəklərini vəd ediblər”. 

Avropa İttifaqı ilə danışıqlara başlayırıq...

NATO sammitində Ukraynanın gələcəyi ilə bağlı fikirlər açıq ifadə olunub. Sammitdən aydın oldu ki, Qərb və onun dəstəyi ilə bağlı heç bir problem yoxdur. Təəssüf ki, bizim strateji tərəfdaşımız olan Azərbaycan birinci Qlobal Sülh Sammitində iştirak etmədi. Bunun niyə baş verdiyini bilmirəm”.

Mereşko Ukraynanın NATO-ya üzvlük məsələsinə fikir bildirərkən qeyd edib ki, burada yeganə cavabsız məqam zamandır:

“NATO-nun baş katibi Stoltenberq açıq şəkildə bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi artıq birmənalıdır və müsbət həllini tapıb. 

NATO-ya üzvlük an məsələsidir...

Yeganə sual bunun nə vaxt olacağıdır. Fikrimcə, Ukrayna artıq NATO-nun tamhüquqlu üzvü ola bilər və bu, Rusiyanın təcavüzünü dayandırmağa kömək edəcək”.

AŞPA rəsmisi Trampın hakimiyyətə gəlmə ehtimalının perpsektivindən də danışıb:

“Tramp qalib gəlsə, onun hansı xarici siyasət komandasını formalaşdıracağını və xarici siyasət doktrinasının necə olacağını gözləmək lazımdır. Ancaq fikrimcə, ABŞ-ın yardımı dayanmayacaq, çünki bu məsələ sözügedən ölkənin maraqlarına uyğundur”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO