Trampa qarşı sui-qəsddən öncə binanın damında sürünən bir oğlan gördük - DETALLAR

Trampa qarşı sui-qəsddən öncə binanın damında sürünən bir oğlan gördük - DETALLAR

Hazırda oxunan: Trampa qarşı sui-qəsddən öncə binanın damında sürünən bir oğlan gördük - DETALLAR

202016

ABŞ Daxili Təhlükəsizlik Departamenti sui-qəsddən əvvəl keçmiş prezident Donald Trampın təhlükəsizliyini artırmaq barədə sorğularını rədd edib.

Bizim.Media  "The Federalist" jurnalına istinadən xəbər verir ki, bunu Trampın təhlükəsizlik xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp mitinq zamanı güllələndi - ANBAAN VİDEO


"Trampın təhlükəsizlik komandası həftələrdir ki, onun müdafiəsini gücləndirmək və bu sahədə imkanlarını artırmaq istəyir, lakin Prezident Co Baydenin Daxili Təhlükəsizlik Departamenti bu tələbləri dəfələrlə rədd edir”, deyə o, qeyd edib.

Bununla yanaşı, polis və ABŞ Məxfi Xidmətinin əməkdaşları Trampın mitinqində silahlı şəxslə bağlı xəbərdarlıqlara da cavab verməyib. Bunu eks-prezidentin Butler şəhərindəki (Pensilvaniya) seçki kampaniyasında iştirak edən respublikaçı tərəfdarı Qreq Smit bildirib.

"Bizdən 50 fut (15 metr - red.) aralıda olan binanın damında sürünən bir oğlan gördük. Onun tüfəngi var idi, biz tüfəngi aydın şəkildə gördük. Onu polisə göstərdik, dedik ki, damda tüfəngli bir oğlan var", - Smit BBC-yə danışıb.

Smit qeyd edib ki, üç-dörd dəqiqə ərzində o, polisə təhlükə barədə xəbərdarlıq etməyə çalışıb, lakin onun mesajlarına cavab verməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO