İtaliyalı jurnalist Trampa qarşı sui-qəsddə ittiham edildi

İtaliyalı jurnalist Trampa qarşı sui-qəsddə ittiham edildi

Hazırda oxunan: İtaliyalı jurnalist Trampa qarşı sui-qəsddə ittiham edildi

201979

Ağ Ev jurnalistləri italyan həmkarları Marko Violini ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsddə ittiham ediblər.

Bizim.Media championat.com-a istinadən xəbər verir ki, "Roma" azarkeşi olan Violi telefonuna gələn çoxlu sayda bildirişlərə görə gecəyarısı oyanıb.

Məlum olub ki, yanlış məlumatı ABŞ-dakı bəzi jurnalistlər yayaraq, atəş açdığı iddia edilən şəxsi - Mark Violetsi italiyalı Marko Violi ilə səhv salıblar. Jurnalistin şəkli hətta televiziyada da nümayiş olunub və onun öldürüldüyü qeyd edilib.
Xatırladaq ki, Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə qulağından güllə yarası alıb.

Sui-qəsddə əvvəlcə Mark Violetsin adı hallansa da, sonradan günahkarın Metyu Kruks olduğu təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO