May ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Bizim.Media verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram “marixuana”, 5085 qram “heroin”, 2030 qram “tiryək” və 1020 qram “metamfetamin”) bənzər maddələr aşkarlanaraq götürülüb.
Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar.
Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.
Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram “marixuana” və 95 qram “metamfetamin”) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:57 / 05.05.2021
Azərbaycan-İran sərhədində qarşıdurma - Sərhədçi bıçaqlandı
Hazırda oxunan: Azərbaycan-İran sərhədində qarşıdurma - Sərhədçi bıçaqlandı
Hazırda oxunan: Azərbaycan-İran sərhədində qarşıdurma - Sərhədçi bıçaqlandı
20195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.