Türkiyə ordusu şəhid verib - FOTO

Türkiyə ordusu şəhid verib - FOTO

Hazırda oxunan: Türkiyə ordusu şəhid verib - FOTO

201773

İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində daha bir Türkiyə hərbçisi şəhid olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə ordusunun baş çavuşu Bahadır Rıdvan Talay separatçı terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

“Daha bir hərbçimiz yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Həyatını itirən əziz şəhidimizə rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı, səbir, yaralımıza şəfa diləyirik”, - deyə məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO