İsrail ordusu Qəzzadan GERİ ÇƏKİLİR

İsrail ordusu Qəzzadan GERİ ÇƏKİLİR

Hazırda oxunan: İsrail ordusu Qəzzadan GERİ ÇƏKİLİR

201755

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin bəzi bölgələrindən qismən geri çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yerli sakinlərə və xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

HƏMAS-ın nəzarətində olan fövqəladə hallar xidmətinin məlumatına görə, bu ərazilərdə 60-a yaxın cansız fələstinli tapılıb.

Sakinlər və xilasedicilər bildiriblər ki, tanklar bəzi əraziləri tərk edib, lakin hərbi texnika və İsrail snayperləri bəzi yüksəkliklərə nəzarəti davam etdiriblər. 

Əl-Cəzirə telekanalı isə xəbər verir ki, İDF-nin gedişi “taktiki geri çəkilmə və yerdəyişmədir”. Telekanalın məlumatına görə, İsrail hərbçiləri şəhərin “geniş miqyaslı dağıntıların” qeydə alındığı qərb rayonlarını tərk ediblər.

Öz növbəsində, İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bu xəbəri təkzib edib. İsrail hökumətinin başçısı israr edir ki, ölkə Qəzza zolağının Misirlə sərhədindəki “Filadelfiya dəhlizinə” nəzarəti saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO