Çinin kosmik stansiyasının ilk modulunu orbitə çıxaran Changzheng-5B ağır raketinin gövdəsi nəzarətdən çıxıb və onun hara düşəcəyi bəlli deyil.
Bizim.Media xəbər verir ki, bunu 4 may çərşənbə axşamı günü dpa xəbər agentliyinə verdiyi müsahibədə Kembricdəki Harvard-Smithsonian Astrofizika Mərkəzindən astrofizik Conatan McDovell bildirib.
Britaniyalı alim deyib ki, 20 ton ağırlığında olan raketin mərkəzi hissəsi Yer ətrafında fırlanır və yaxın günlərdə hara düşəcəyi dəqiq bilinmir.
McDovellə görə, raketin böyük hissəsi idarə olunmur və xüsusi bir uçuş trayektoriyasına sahib deyil. Çox güman ki, raketin dağıntıları hələ də dənizə və ya əhali olmayan yerə düşəcək, ancaq insanların gur olduğu yerə də düşmək riski az deyil.
"Ən pis vəziyyətdə, dağıntıları yüz kilometrlərlə əraziyə səpələnəcək kiçik təyyarə qəzası kimi olacaq" deyə o, qeyd edib.
Xatırladaq ki, aprelin 29-da raket 22 ton ağırlığında Çin kosmik stansiyasının ilk modulunu orbitə çatdırıb. Bu, Çində indiyədək inşa edilmiş ən böyük və ən ağır kosmik gəmidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:02 / 05.05.2021
Çinin kosmosa göndərdiyi raket nəzarətdən çıxdı - Başımıza düşə bilər!
Hazırda oxunan: Çinin kosmosa göndərdiyi raket nəzarətdən çıxdı - Başımıza düşə bilər!
Hazırda oxunan: Çinin kosmosa göndərdiyi raket nəzarətdən çıxdı - Başımıza düşə bilər!
20165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.