Sərnişin təyyarəsinin şassisi eniş vaxtı alovlandı

Sərnişin təyyarəsinin şassisi eniş vaxtı alovlandı

Hazırda oxunan: Sərnişin təyyarəsinin şassisi eniş vaxtı alovlandı

201605

“Saudi Airlines” şirkətinin Ər-Riyaddan Pakistanın Peşavar şəhərinə uçan sərnişin təyyarəsinin şassisi eniş vaxtı alovlanıb.

Bizim.Media “Dawn” qəzetinə istinadla xəbər verir ki, təyyarədəki 276 sərnişin və 21 heyət üzvü təxliyə edilib, xəsarət alan olmayıb.

Pakistan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, dispetçerlər yerə enən təyyarənin sol şassisinin tüstüləndiyini görüblər. Dərhal yanğınsöndürənlər çağırılıb və yanğın söndürülüb.

Hadisə Peşavar beynəlxalq hava limanının fəaliyyətinə təsir etməyib, bütün uçuşlar cədvəl üzrə həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO