NATO ABŞ imperiyasının maraqlarına xidmət edir - İrlandiyalı deputat

NATO ABŞ imperiyasının maraqlarına xidmət edir - İrlandiyalı deputat

Hazırda oxunan: NATO ABŞ imperiyasının maraqlarına xidmət edir - İrlandiyalı deputat

201482

"NATO ABŞ imperiyasının və hərbi sənaye kompleksinin maraqlarına xidmət edən, günahsız insanların qanına batmış terror təşkilatıdır".

Bizim.Media xəbər verir ki, bunu Avropa Parlamentinin İrlandiyalı deputatı Mik Uolles sosial şəbəkədə yazıb.

Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 9-dan 11-nə kimi Vaşinqtonda keçirilir.

Gündəlikdə üç böyük mövzu var: Kiyevə hərbi yardımın koordinasiyasında və maliyyələşdirilməsində blokun rolunun gücləndirilməsi, kollektiv müdafiənin artırılması və Qərb və Çin arasında artan qarşıdurma fonunda tərəfdaşlığın genişləndirilməsi. 
Qeyd edək ki, bu sammit Alyansın baş katibi Yens Stoltenberq üçün sonuncu olacaq. 

Oktyabrın 1-də Stoltenberqi NATO ölkələrinin daimi nümayəndələri Brüsseldəki baş qərargahda keçirilən iclasda Niderlandın keçmiş baş naziri Mark Rutte əvəz edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO