Ərdoğanı Vaşinqtonda Bayden və Yens Stoltenberq qarşıladı - FOTO

Ərdoğanı Vaşinqtonda Bayden və Yens Stoltenberq qarşıladı - FOTO

Hazırda oxunan: Ərdoğanı Vaşinqtonda Bayden və Yens Stoltenberq qarşıladı - FOTO

201467

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vaşinqtonda keçirilən iclasında iştirak edib.

Bizim.Media xəbər verir ki, Türkiyə liderini sammitin keçirildiyi Walter E. Konqres Mərkəzində ABŞ Prezidenti Co Bayden və NATO-nun Baş katibi Yens Stoltenberq qarşılayıb.

Qeyd edək ki, Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlərini davam etdirəcək. Onun görüşlərində Qəzzadakı vəziyyət müzakirə gündəliyi olacaq.

Onu da bildirək ki, Türkiyə Prezidenti Baydenin Ağ Evdə liderlər və onların həyat yoldaşlarının şərəfinə verəcəyi şam yeməyinə də qatılacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO