Polşa Belarusla sərhəddə yük maşınlarının keçidini dayandırdı

Polşa Belarusla sərhəddə yük maşınlarının keçidini dayandırdı

Hazırda oxunan: Polşa Belarusla sərhəddə yük maşınlarının keçidini dayandırdı

201433

Polşa Belarusla sərhəddəki Kozloviçi keçid məntəqəsində yük maşınlarının buraxılışını dayandırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Kozloviçi keçid məntəqəsi Belarusdan gələn yük maşınlarını qəbul etmir. Gömrük Komitəsi ötən gecə nəzarət-buraxılış məntəqəsində 600-ə yaxın yük maşınının yığıldığını qeyd edib.
Hazırda Belarus-Polşa sərhədində yerləşən altı yol-keçid məntəqəsindən dördü Varşavanın təşəbbüsü ilə fəaliyyət göstərmir.

Polşa indiyədək yalnız Avropa İttifaqı və Avropa Azad Ticarət Assosiasiyası ölkələrində qeydiyyatdan keçmiş yük avtomobillərinin Kozloviçi keçid məntəqəsindən keçməsinə icazə verib. Sərnişin nəqliyyat vasitələrinin hərəkəti isə Terespol (Brest) keçid məntəqəsi vasitəsilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO