Qərbin qurbanlıq hazırladığı “Gürcü arzusu” - Rəsmi Tiflis sona qədər DİRƏNİŞ göstərə biləcəkmi?

Qərbin qurbanlıq hazırladığı “Gürcü arzusu” - Rəsmi Tiflis sona qədər DİRƏNİŞ göstərə biləcəkmi?

Hazırda oxunan: Qərbin qurbanlıq hazırladığı “Gürcü arzusu” - Rəsmi Tiflis sona qədər DİRƏNİŞ göstərə biləcəkmi?

201404

Xəbər verdiyimiz kimi Avropa İttifaqı Gürcüstanın təşkilata inteqrasiya prosesini dayandırıb. Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən konfransda bildirib. Bu, ölkədə etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra baş verib.

Qerçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 milyon avronun ayrılmasını da dondurub.

Qeyd edək ki, öz növbəsində ABŞ da qanunun qəbulunda iştirak edənlərə qarşı viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb. Xəbər verildiyi kimi, viza məhdudiyyətlərinin ilk siyahısına hakim “Gürcü arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və onların ailə üzvlərinə də tətbiq olunacaq.

Bəs, Aİ Gürcüstanın təşkilata qəbul prosesini niyə dayandırıb?

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Avropa İttifaqının rəsmi Tiflislə munasibətlərində yaranmış problemlər ilk növbədə Gürcüstan hökumətinin Rusiya ilə munasibətlərindən, habelə Birliyin tövsiyə etdiyi təklifləri qəbul etməməsindən irəli gəlir:

“Gürcü arzusu” Rusiya ilə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlıq maraqları üzərində qurmaq və genişləndirmək niyyətindədir. Perspektivdə Rusiya ilə diplomatik münasibətlərin bərpa olunacagını da istisna etmirlər. “Gürcü arzusu” Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə bagli maraqlarından geri çəkilmək niyyətində deyil. Onlar bu problemin Rusiya ilə qarşılıqlı  müzakirələr hesabına həllinə ümid edirlər. Rusiyanın nəhəng əmək bazarı, habelə Gürcüstan məhsullarına Rusiya bazarlarında olan tələbat, turizmin inkişafından tərəflərin göturə biləcəyi gəlirlər hər iki tərəf üçün cəlbedicidir”.

“Tiflis Rusiya ilə eskalasiyadan kənarda dayanmağa çalışır”

Ekspert bildirir ki, rəsmi Tiflis Rusiya ilə eskalasiyadan kənarda dayanmağa çalışır:

“Gürcü arzusu” Qərbin onu Rusiya ilə muharibəyə sürükləmək istəklərinin arxasında duran geosiyasi maraqların mahiyyətinə varır. Odur ki, Qərbin istəklərinin əleyhinə olaraq Rusiya ilə eskalasiya mövqeyindən kənarda durur. Lakin “Gürcü arzusu” hökuməti bu fonda belə ölkənin Avropaya inteqrasiyası kursuna da sadiq qalır.

Gürcüstandan xarici təsirlərin şəffaflığının müəyyən edilməsilə bağlı məlum qanunun parlament tərəfindən qəbul edilməsindən sonra Avropa İttifaqı, kollektiv Qərbin rəsmi Tiflis ilə munasibətlərində gərginlik artmağa başlayıb. Məlum qanunun qəbul olunmasında Qərb Rusiya faktorunu izlədiyini bildirir. Gürcü tərəfi isə, bunun ölkənin milli təhlükəsizlik maraqlarından irəli gəldiyini bildirir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO