Ukraynalı blogerlər kütləvi formada hakimiyyətdən müharibəni dayandırmağı tələb edir – FOTO/VİDEO

Ukraynalı blogerlər kütləvi formada hakimiyyətdən müharibəni dayandırmağı tələb edir – FOTO/VİDEO

Hazırda oxunan: Ukraynalı blogerlər kütləvi formada hakimiyyətdən müharibəni dayandırmağı tələb edir – FOTO/VİDEO

201328

Rusiyanın Kiyevə, “Oxmatdet” uşaq xəstəxanası da daxil olmaqla, raket hücumundan sonra bir sıra tanınmış ukraynalı blogerlər hakimiyyəti danışıqlara və müharibəni dayandırmağa çağırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə onlar sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məşhur ukraynalı bloger Aleksandr Voloşin rusların “Oxmatdet”a növbəti hücumundan sonra sosial şəbəkə hesabında videomüraciət yayıb.
“Ağıllı olmalıyıq. Bütün bu oyunda hiyləgər olmalısan, çünki onların qaydaları ilə oynamalısan və bir anda onları bizimkilər tərəfindən oynadıqlarını çaşdırmalısan" – deyə o bildirib.

Bloger Yuliya Verba Ukrayna hakimiyyətini oğurluqda ittiham edib:

“Dünya bunları görür və heç bir iş görmür. Bizim ölkəmiz öz hökumətimiz tərəfindən talan edilir, ailələr və həyatlar, planlar və xəyallar məhv edilir”.

Onları ukraynalı psixoloq Natalya Xolodenko da dəstəkləyib.
Qeyd edək ki, Rusiya iyulun 8-i səhər saatlarında Kiyev və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirib. Kiyevdə ölkənin ən böyük uşaq xəstəxanası olan "Oxmatdet" klinikasına hücum nəticəsində ciddi ziyan dəyib. Şəhər meri Vitali Kliçko bildirib ki, xəstəxanada iki nəfər, o cümlədən həkim dünyassını dəyişib. Həlak olan 16 nəfərdən 7-si uşaqdır.
 

 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO