Ermənipərəst ABŞ senatoru görün hansı əməllərdə ittiham olunur? - SİYAHI

Ermənipərəst ABŞ senatoru görün hansı əməllərdə ittiham olunur? - SİYAHI

Hazırda oxunan: Ermənipərəst ABŞ senatoru görün hansı əməllərdə ittiham olunur? - SİYAHI

201192

Hazırda məhkəməsi başa çatmaqda olan ermənipərəst ABŞ senatoru Bob Menendez Nyu-Cersidəki iş adamlarına köməklik göstərmək və Misirin xarici agenti kimi xidmət etmək üçün qızıl, nağd pul və “Mercedes Benz” markalı avtomobili rüşvət qismində alaraq səlahiyyətlərini satmaqda ittiham olunur. 

Bizim.Media ABC telekanalının məlumatına istinadla xəbər verir ki, ABŞ prokurorunun köməkçisi iyulun 8-də keçirilən məhkəmə prosesində müvafiq ittihamla çıxış edib.

ABŞ prokurorunun köməkçisi Pol Monteleoni yekun ittiham çıxışında deyib:

“Nyu-Cersi ştatından olan yüksək səviyyəli ABŞ senatoru, Senatın Xarici əlaqələr komitəsinin yüksəkvəzifəli üzvü və o vaxt sədri olmuş Robert Menendez öz səlahiyyətlərini satışa çıxarıb”.

Monteleoni bildirib ki, Menendezin əməlləri açıq-aşkar korrupsiya nümunəsidir. O əlavə edib:

“Vaşinqtonun ən güclü siyasi fiqurlarından biri olması ona kifayət etmədi. Robert Menendez bütün bu siyasi gücdən özü və həyat yoldaşı üçün sərvət yığmaq üçün istifadə etmək istədi”.

Məhkəmə zamanı münsiflərə 2022-ci ilin iyununda Menendezin Nyu-Cersidəki evindən federal agentlər tərəfindən aşkar edilərək götürülən qızıl külçələr göstərilib. Bundan əlavə, Federal Təhqiqat Bürosunun (FBI) agentləri 480.000 dollardan çox nağd pul aşkar ediblər, bu məbləğin çoxu zərflərə doldurulmuş və paltarlarda, şkaflarda gizlədilmiş halda tapılıb, həmçinin onun həyat yoldaşı Nadine Arslanyan-Menendezin seyfindən 70.000 dollardan çox nağd pul götürülüb.

Yetmiş yaşlı Menendez rüşvətxorluq, dələduzluq, qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət göstərmək və ədalət mühakiməsinə mane olmaq kimi 16 cinayət ittihamı üzrə özünü təqsirli bilməyib. Senatorun həyat yoldaşı Nadine Arslanyan-Menendez süd vəzisi xərçəngi diaqnozu səbəbindən məhkəmədə iştirak etməyib və o, avqust ayında ayrıca mühakimə olunacaq.
Rüşvətxorluq ittihamlarının siyahısı onun rəsmi vəzifələrini yerinə yetirərkən Misir və Qətər hökumətlərinə xidmət etməsi, habelə Nyu-Cersi ştatından olan biznesmenlərdən ibarət üçlüyə - Fred Daibes, Vael Hana və Xose Uribeyə qeyri-qanuni mənfəət əldə etmək üçün köməklik göstərməsi kimi törədilməsi iddia edilən əməllərlə bağlıdır. Senatorun yüz minlərlə dollar məbləğində nağd pul, qızıl, ipoteka ödənişləri və lüks bir avtomobil alması faktları sübuta yetirilib. Onun erməniəsilli həyat yoldaşı isə təqsirsiz olduğunu iddia edib.

Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO