Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər

Hazırda oxunan: Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər

201115

Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər.

Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO