Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə mülki obyektlərə hücumu ilə əlaqədar şəhər hakimiyyəti iyulun 9-nu paytaxtda matəm günü elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.
“Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar yarıya qədər endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.
İyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Telekanallara və radiolara müraciət edirik ki, yayım şəbəkəsində müvafiq dəyişikliklər etsinlər.
Paytaxtda dağıntıların təmizlənməsi davam edir” , - Kliçko qeyd edib.
Qeyd edək ki, bu gün Rusiya silahlı qüvvələri Ukraynanın Kiyev də daxil olmaqla, bir neçə şəhərlərinə müxtəlif tipli 40-dan çox raket atıb. Nəticədə Kiyevdə 36 nəfər ölüb, 140 nəfər isə yaralanıb.
Bizim.Media
![Ukraynada matəm ELAN OLUNDU Ukraynada matəm ELAN OLUNDU](https://bizim.media/file/articles/2024/07/08/1720462067_915868.jpg)
- A-
- A
- A+
Dünya
22:08 / 08.07.2024
Ukraynada matəm ELAN OLUNDU
Hazırda oxunan: Ukraynada matəm ELAN OLUNDU
Hazırda oxunan: Ukraynada matəm ELAN OLUNDU
201112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.