Makrona daha bir zərbə: Solçular parlamentdə onunla koalisiyaya girməyəcək

Makrona daha bir zərbə: Solçular parlamentdə onunla koalisiyaya girməyəcək

Hazırda oxunan: Makrona daha bir zərbə: Solçular parlamentdə onunla koalisiyaya girməyəcək

200971

Fransada keçirilən parlament seçkilərində solçu partiyaların koalisiyası - "Yeni Xalq Cəbhəsi" ölkənin Milli Assambleyasında 182 yer qazanaraq qalib gəlib. 

Bizim.Media “Monde” qəzetinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Fransa Daxili İşlər Nazirliyi yayıb.

Nəşrin məlumatına görə, səslərin nəticələrinə əsasən Milli Assambleyadakı 577 yerdən 577-nin hamısı müəyyən edilib.
Emmanuel Makronun “Birgə” koalisiyası Milli Assambleyada 168 yer qazanaraq ikinci yeri tutub. Marin Le Penin "Milli Birlik" partiyası ölkə parlamentinin aşağı palatasında 143 yer qazanaraq parlament seçkilərində üçüncü yerdə qərarlaşıb.

Sonrakı yerdə 45 yerlə Respublika Partiyasıdır.

"Yeni Xalq Cəbhəsi"nin lideri Jak-Luk Melanşon deyib ki, onun siyasi qüvvəsi Emmanuel Makronun bloku ilə koalisiyaya girmək niyyətində deyil. 

Qeyd edək ki, birinci turda sağçı "Milli Birlik" partiyası Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə səslərin 33.15, solçu "Yeni Xalq Cəbhəsi" bloku 27.99, prezident Emmanuel Makronun koalisiyası 20.04 faizini qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO