Britaniyanın yeni müdafiə naziri Ukraynaya gəldi

Britaniyanın yeni müdafiə naziri Ukraynaya gəldi

Hazırda oxunan: Britaniyanın yeni müdafiə naziri Ukraynaya gəldi

200947

Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya səfər edib. 

Bizim.Media xəbər verir ki, Con Hili Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 

O, həmçinin ukraynalı həmkarı Rüstəm Umerov ilə mətbuat konfransı keçirib. 

Con Hili Böyük Britaniyanın Ukraynaya yeni yardım paketi təqdim edəcəyini elan edib. O, qeyd edib ki, bu paketə daha çox artilleriya silahı, 250 min sursat və təxminən 100-ə yaxın dəqiq “Brimstone” raketi daxildir.

Müdafiə naziri aprel ayında Ukraynaya vəd verilən hərbi dəstəyin qarşıdakı 100 gün ərzində yerinə yetiriləcəyini söz verib. O, Britaniya hökumətinin Ukraynaya hərbi yardımı davam etdirmək öhdəliyinə sadiq olduğunu deyib.

“Bu, mənim bu işdə ikinci günümdür. Yeni baş nazirimiz Kir Starmerin prezidentinizə verdiyi öhdəliyi vurğulamaq mənim üçün birinci prioritet idi”,- deyə müdafiə naziri qeyd edib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO