Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO

Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO

Hazırda oxunan: Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO

200944

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

Bizim.Media xəbər verir ki, bununla bağlı BFMTV-nin təqdim etdiyi məlumatlarda bildirilir.

Belə ki, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Birlik” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO