Ərdoğandan Mesut Özilin Türkiyədə futbol akademiyası yaratmasına REAKSİYA - FOTO

Ərdoğandan Mesut Özilin Türkiyədə futbol akademiyası yaratmasına REAKSİYA - FOTO

Hazırda oxunan: Ərdoğandan Mesut Özilin Türkiyədə futbol akademiyası yaratmasına REAKSİYA - FOTO

200941

Türk əsilli məşhur alman futbolçu Mesut Özil Türkiyədə akademiyasını açır.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avro-2024"ün 1/4 finalını ziyarət etdikdən sonra Almaniyadan qayıdarkən danışıb.

"İndi o, Türkiyədə futbol məktəbi və akademiya yaradır. O, Almaniya və "Real Madrid"dəki kimi struktur yaratmaq istəyir.

Əgər doğrudan da belə bir addım atılsa, belə bir struktur bizə keçsə, o zaman futbol meydançasında təkcə 22 yaşlı deyil, 10-12 yaşlı yeniyetmələri də görəcəyik. Bu akademiyada onlar topa vurmazdan əvvəl hörmət və sevgini öyrənəcəklər", - Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, Mesut Özil Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub. Futbolçu, həmçinin "Real Madrid" və Londonun "Arsenal" klublarındakı çıxışları ilə də tanınır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO