Ərdoğan: “İranda Azərbaycan əsilli türk prezident seçildi”

Ərdoğan: “İranda Azərbaycan əsilli türk prezident seçildi”

Hazırda oxunan: Ərdoğan: “İranda Azərbaycan əsilli türk prezident seçildi”

200887

Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.

O bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir:

"Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk prezident seçildi. Yeni prezident Məsud Pezeşkian türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır, həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO