Üç Afrika ölkəsi Konfederasiyada birləşdiklərini ELAN ETDİLƏR 

Üç Afrika ölkəsi Konfederasiyada birləşdiklərini ELAN ETDİLƏR 

Hazırda oxunan: Üç Afrika ölkəsi Konfederasiyada birləşdiklərini ELAN ETDİLƏR 

200806

Burkina-Faso, Mali və Niger hakimiyyəti Sahel Dövlətləri Konfederasiyası yaratmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə AFP Qərbi Afrika ölkələrinin liderlərinin bəyanatına istinadən məlumat yayıb.

“Böyük inteqrasiya” məqsədi ilə qərar Sahel Dövlətləri Alyansının Niameydə keçirilən sammitindən sonra qəbul edilib.

Qeyd edək ki, 2022-ci ilin mayında və 2023-cü ilin dekabrında Mali, Burkina Faso və Niger Sahel dövlətlərinin hərəkətlərini əlaqələndirmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq regional birlik olan Sahel Beşliyindən çıxdılar. Assosiasiyaya Çad və Mavrikiy də daxil idi.

2024-cü ilin yanvarında Mali, Niger və Burkina Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan etdilər. Qərar ötən ilin iyulunda hərbi çevrilişin baş verdiyi Nigerə qarşı ECOWAS-ın sanksiyaları səbəbindən verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO