Ukrayna savaşında sülh masası qurulur – Vasitəçi stulunda KİM OTURACAQ?

Ukrayna savaşında sülh masası qurulur – Vasitəçi stulunda KİM OTURACAQ?

Hazırda oxunan: Ukrayna savaşında sülh masası qurulur – Vasitəçi stulunda KİM OTURACAQ?

200750

Son zamanlar Ukrayna münaqişəsinin bitməsi üçün danışıqlar aparılmasının vacibliyi məsələsi önə çıxmağa başlayıb. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin özü belə çıxışlarında indi daha tez-tez bu məsələyə toxunur. Ukrayna prezidenti deyib ki, Rusiya ilə danışıqlar zamanı vasitəçilər ABŞ və Çin ola bilər. Onun fikrincə, bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək. Putin isə Türkiyənin vasitəçiliyini təklif edir. Bütün hallarda görünən odur ki, tərəflər indi əsas diqqəti danışıqlarda vasitəçilər məsələsinə yönəltməyə başlayıb.

Bəs savaş tezliklə başa çata bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ukrayna münaqişəsinin final mərhələsinə yaxınlaşdığı hiss olunur:

“Zelenski praqmatik olsaydı çoxdan hərbi əməliyyatları dayandırardı. Bu yaxınlarda Kiyevdə və Moskvada olarkən Macarıstan baş naziri Viktor Orban da tərəflərə atəşkəslə bağlı təkliflər verib. Amma Zelenski özünəməxsus inciklik hissi nümayiş etdirərək, guya Orbanın Moskvaya yaxın olduğunu əsas götürməklə bu təklifləri rədd etdi. Halbuki Macarıstan rəhbərliyi bu prosesdə daha çevik və münasib vasitəçi kimi görünür”.

“Zelenski sülh istəmir”

Həmsöhbətimiz deyir ki, Zelenski Ukrayna xalqına dinclik gətirmək istəyirsə, o çoxdan sülh danışıqlarına hazır olmalı idi:

“Vasitəçinin kim olmasının fərqi yoxdur. Lazım olan odur ki, Ukrayna xalqının ağrılarına son qoyulsun. Zelenski isə bunu etmək istəmir. O, volyuntarizmlə, qaydaları pozmaqla, özbaşınalıqla məşğuldur. Onun Prezidentlik səlahiyyətləri çoxdan bitib”.

Ekspert hesab edir ki, Ukrayna Prezidenti Rusiya ilə danışıqlar aparmaqda artıq gecikib:
“Rusiyanın strateji resurs baxımından potensialı daha böyükdür. Bu səbəbdən müharibə Ukraynaya daha böyük sarsıntılar gətirməkdə davam edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO