Mərhum Xalq artisti Ramiz Novruzun qızı, vizajist Şəfəq qardaşı Nərimanın görüntülərini paylaşım edib.
Bizim.Media xəbər verir ki, Şəfəq məclislərin birində atasını göz yaşı içində qucaqlayıb onunla söhbətləşən Nərimanın videosunu sosial şəbəkə hesabında izləyciləri ilə bölüşüb.
Görüntülərdə R.Novruzun Nərimanı sakitləşdirməyə çalışması əks olunub.
Şəfəq sözügüdən kadrlara "Həmişə müdrük atam. Ürəyim darmadağın" şərhini yazıb.
Qeyd edək ki, Ramiz Novruz ötən ilin fevralın 20-si uzun sürən mədə xərçəngindən müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media