“Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təhlükə altına qoyur” - Zurabişvili 

“Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təhlükə altına qoyur” - Zurabişvili 

Hazırda oxunan: “Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təhlükə altına qoyur” - Zurabişvili 

200637

“Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığını təhlükə altına qoyur”.

Bizim.Media xəbər verir ki, bunu respublika prezidenti Salome Zurabişvili ABŞ-nin gürcü-amerikan hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarı ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, Gürcüstan Müdafiə Nazirliyi gürcü-amerikan hərbi təlimlərinin təxirə salınmasından təəssüflənib.

Departamentin bəyanatında deyilir: “Birləşmiş Ştatların həm Gürcüstan, həm də ABŞ-nin xeyrinə olan təlimi təxirə salmaq qərarına gəlməsi çox təəssüf doğurur”.

Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, Gürcüstan ABŞ-la birgə “Fortitude 2025” təlimləri keçirməyə hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO