“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi Moskva ilə Ankara arasındakı münasibətlərə kömək edir və buna mane olan qüvvələr hər kəsə məlumdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunları üzrə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bizə kimin mane olduğu bəllidir, bizə kömək edən prezident Ərdoğanın siyasi iradəsidir, amma texniki baxımdan bunlar hesablamalardır, hamı yaxşı bilir”, - deyə o bildirib.
Putin qeyd edib ki, türkiyəli tərəfdaşların fikrincə, Rusiya ilə Türkiyə arasında ticarət həcmi həqiqətən də 63 milyard dollardan 55 milyard dollara düşüb, lakin bu, xərc xüsusiyyətlərinə görədir və kənar məhdudiyyətlərlə heç bir əlaqəsi yoxdur: “Bu, sadəcə olaraq, daxili istehsalın dinamikasıdır və bizim ikitərəfli münasibətlərimiz bütün məsələləri həll edə bilər”.
Bizim.Media