NATO ehtiyat edir ki, Fransadakı seçkilərdə sağçı Marin Le Pen qalib gələrsə, Fransa alyansdan çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Euractiv" nəşri NATO-nun adı açıqlanmayan diplomatlarına istinadən yayıb.
Nəşr qeyd edir ki, NATO diplomatları Fransada Milli İttifaqın hakimiyyətə gəlməsi risklərindən ciddi narahat olublar, çünki partiya NATO-nun mövcudluğunun mümkünlüyünü və Ukraynaya yardıma ehtiyacı artıq şübhə altına alıb.
Hərbi ekspert Mişel Duklon isə başqa fikirdədir. Onun sözlərinə görə, Milli İttifaq qalib gələrsə, Fransa alyansdan dərhal çıxmayacaq.
Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, iyunun 30-da keçirilən parlament seçkilərinin birinci turunda Milli İttifaq Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə səslərin 33,15 faizini qazanıb. Bu isə parlamentdəki 577 yerdən 270-i üçün yetərlidir. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,99%, prezident Emmanuel Makronun koalisiyası isə 20,04% səs toplayıb.
Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:36 / 04.07.2024
Le Pen seçkilərdə qalib gələrsə, Fransa NATO-dan çıxacaq?
Hazırda oxunan: Le Pen seçkilərdə qalib gələrsə, Fransa NATO-dan çıxacaq?
Hazırda oxunan: Le Pen seçkilərdə qalib gələrsə, Fransa NATO-dan çıxacaq?
200458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.