İran nümayəndə heyəti helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin portretini Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında görüntülər yayılıb. Nümayəndə heyətinin Rəisinin portretini masanın üzərinə qoymaları diqqət çəkib.
Xatırladaq ki, helikopter qəzasında prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi və 3 pilot həlak olub.
Bizim.Media