Ukrayna, Qəzza, indi də Koreya – Uzaq Şərqdə müharibə alovlanacaq, yoxsa...

Ukrayna, Qəzza, indi də Koreya – Uzaq Şərqdə müharibə alovlanacaq, yoxsa...

Hazırda oxunan: Ukrayna, Qəzza, indi də Koreya – Uzaq Şərqdə müharibə alovlanacaq, yoxsa...

200258

Cənubi Koreya altı ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikası ilə sərhəd yaxınlığında yerləşən atış poliqonlarında təlimləri bərpa edib.

“Yonhap” agentliyinin məlumatında qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Atışlar K-9 özüyeriyən artilleriya qurğularının iştirakı ilə baş tutub.

Bu addım Şimali Koreyanın zibil şarları göndərməsindən sonra Cənubi Koreyanın iyunun 4-də 2018-ci il Koreyalararası hərbi sazişi tamamilə dayandırmasından təxminən bir ay sonra baş verib.

Qeyd edək ki, mayın 29-da Şimali Koreya cənub qonşusunun ərazisinə zibil və peyinlə doldurulmuş 150-dən çox şar göndərib. Proses onu göstərir ki, indi də Koreya yarımadasında gərginlik artmaqdadır.

Xatırladaq ki, bu Rusiya Prezidenti Putinin Şimali Koreyaya olan səfərindən sonra baş qaldırır.

Putinin səfərindən sonra ikinci cəbhə bu dəfə Uzaq Şərqdə açılır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Koreya yarımadasında növbəti müharibə ocağının alovlanması ehtimalı sıfıra bərabərdir:

“Rusiya Ukrayna müharibəsində 50-dən çox dövlət Kiyevin yanında yer alıb və ona dəstək olurlar. Rusiya isə yalnız bir neçə dövlətlə əməkdaşlıq etmək imkanına malikdir. İrandan müəyyən silahlar, dronlar alır. Etiraf edilməsə də, Çindən də müəyyən yardımların alındığı məlumdur. Yalnız Şimali Koreya Rusiyaya açıq şəkildə hərbi yardım göstərir. Pxenyan Moskvaya mərmi, balistik raketlər verir. Hətta Koreya əsgərlərinin də Ukrayna müharibəsinə cəlbi barədə razılaşmanın olduğu bildirilir”.

Ekspert qeyd edir ki, Pxenyanın Moskvaya yaxınlaşması Seulda da ciddi narahatlıq yaradıb:

“Onlar Rusiyanın Pxenyana göstərəcəyi yardımları narahatlıqla izlədiklərini söyləyirlər. Belədə Şimali və Cənubi Koreya arasında münasibətlərdə də gərginləşmə hiss olunur. Onlar arasında gərginlik əvvəllər də vardı. Son dövrlər isə daha da şiddətlənib”.

Lakin bununla belə həmsöhbətimizin fikrincə, Pxenyanla Seul arasındakı gərginlik silahlı qarşıdurmaya çevrilməyəcək:

“Tərəflərin bir-birinə qarşı hansısa kəskin addımlar atmaq ehtimalı görünmür. Bu baxımdan Koreya yarımadasında qarşıdurmanın olması, yeni müharibə ocağının yaranması ehtimalı da yoxdur. Böyük dövlətlər, ABŞ və Çin buna imkan verməyəcək. Dünya bütün diqqətini Rusiya Ukrayna müharibəsi və İsrail HƏMAS qarşıdurmasına yönəldib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO