Ermənistan KİV-nin diplomatik mənbəyə istinadən iddiasına görə, Ankara Türkiyə və Ermənistandan olan normallaşma nümayəndələrinin görüşündən imtina edib.
Erməni mənbələri iddia edirlər ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib. İddiaya görə, qərarın rəsmi səbəbləri göstərilməyib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında dialoqun təşkilində Vaşinqton maraqlı olub.
ABŞ çalışırdı ki, Ankara ilə İrəvan arasında normallaşma istiqamətində şərtsiz danışıqlar başlansın və iki ölkə arasında sərhədlər tezliklə açılsın. Həm də onlar bunu Azərbaycanla sülh müqaviləsi prosesindən kənar, sırf Ermənistan-Türkiyə müstəvisində həyata keçirməkdə maraqlı idilər.
Görünən budur ki, Türkiyə sözügedən planla razılaşmadı və nəticədə ABŞ-ın İrəvanla Bakı arasında sülh müqaviləsi bağlanmadan Türkiyə-Ermənistan dialoqunu təşkil etmək planı iflasa uğradı.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, ABŞ-ın Türkiyə-Ermənistan dialoqunu təşkil etmək planı Ankaranın Ermənistan Azərbaycan sülh prosesində İrəvanın sərgilədiyi davranışdan qane olmaması səbəbindən iflasa uğrayıb:
“Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında müəyyən təmaslar olub. Mətbuatda yayılan məlumata görə, iyulun 2-də sərhəddə yenidən belə bir görüş keçirilməli idi. Ancaq görüş keçirilmədi.
Görünən odur ki, Türkiyə tərəfini Ermənistan Azərbaycan sülh prosesi və prosesdə İrəvanın davranışları qane etmir. Qardaş dövlət Azərbaycanın bu məsələdə mövqeyini bilir. Mövqe isə ondan ibarətdir ki, Azərbaycan sülh prosesinə Ermənistan Azərbaycan və Türkiyəyə olan ərazi iddialarından imtina etdiyi təqdirdə gedir. İrəvan isə bu istiqamətdə heç bir addım atmır.
Digər tərəfdən, Bakı ilə Ankara xarici siyasət məsələlərində koordinasiya olunmuş fəaliyyət sərgiləyir. Ermənistan Azərbaycan münasibətlərinin normallaşması məsələsində də əlaqələndirilmiş mövqelərimiz var”.
Həmsöhbətimiz qeyd edir ki, ABŞ ilkin şərtlər irəli sürülmədən birbaşa Türkiyə-Ermənistan danışıqlarında maraqlıdır:
“Onun üçün Ermənistanın Azərbaycan və Türkiyəyə olan ərazi iddialarından imtina edib-etməməsi maraqlı deyil. Vaşinqton bu məsələdə prinsipiallıq nümayiş etdirməyərək, Bakı ilə Ankaranın mövqeyinə bərabər mövqe səsləndirmir. Bu və ya digər bu kimi məqamlar məlum danışıqların baş tutmamasını şərtləndirən əsas amildir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:10 / 02.07.2024
ABŞ-ın iflasa uğrayan “DİALOQ” XƏYALI – Ankara Ağ Evin planını NECƏ POZDU?
Hazırda oxunan: ABŞ-ın iflasa uğrayan “DİALOQ” XƏYALI – Ankara Ağ Evin planını NECƏ POZDU?
Hazırda oxunan: ABŞ-ın iflasa uğrayan “DİALOQ” XƏYALI – Ankara Ağ Evin planını NECƏ POZDU?
200091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.