Viktor Orban Kiyevə gəldi

Viktor Orban Kiyevə gəldi

Hazırda oxunan: Viktor Orban Kiyevə gəldi

200058

Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də səhər saatlarında Kiyevə gəlib. Bu, onun 12 ildən sonra Ukraynaya ilk səfəridir.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ nəşri yazıb.

Mənbə qeyd edir ki, baş nazir çoxsaylı avtomobil korteji ilə Macarıstan səfirliyinə gəlıb.

Xatırladaq ki, Orban nə Volodimir Zelenskinin, nə də əvvəlki prezident Petro Poroşenkonun dövründə Ukraynaya səfər etməyib. 

Orban sonuncu dəfə Kiyevə 2012-ci ildə o vaxtkı prezident Yanukoviçlə görüşmək üçün səfər edib.

Baş nazirin bu gün prezident Zelenski və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.

Yeri gəlmişkən, ötən həftənin sonunda Orban və Zelenski Aİ liderlərinin Brüsseldə keçirilən sammiti çərçivəsində görüşüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO