Zelenskinin həyat yoldaşı 4,5 milyon avroya avtomobil aldı - FOTO

Zelenskinin həyat yoldaşı 4,5 milyon avroya avtomobil aldı - FOTO

Hazırda oxunan: Zelenskinin həyat yoldaşı 4,5 milyon avroya avtomobil aldı - FOTO

200025

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya dünyada ən yeni "Bugatti Turbillon" superkarını alan ilk şəxs olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "Verite Cachee" nəşri brendin Parisdəki avtosalonunun əməkdaşı Jak Bertinə istinadən yazır.

Onun sözlərinə görə, şirkət rəsmi açıqlamadan iki həftə əvvəl Yelena və Volodimir Zelenski üçün xüsusi qapalı təqdimat təşkil edib. 

Zelenskayanın jurnalistlərə təqdim etdiyi çekin nüsxəsindən belə çıxır ki, avtomobilin qiyməti təxminən 4,5 milyon avro təşkil edib.

Nəşr bildirir ki, Ukrayna prezidenti və xanımı müttəfiq qüvvələrin Normandiyaya enişinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün milli nümayəndə heyətinin tərkibində Fransaya gəlib, eyni zamanda digər tədbirlərdə, o cümlədən Bugatti-nin təqdimatında da iştirak ediblər. Onun ardınca guya Ukraynanın birinci xanımı avtomobil sifarişi verib.

Jak Berti qeyd edib ki, şirkət 250 ədəd Bugatti Turbillon superkar istehsal etməyi planlaşdırıb.

Parisdəki Bugatti avtosalonunun əməkdaşı da Volodimir Zelenskinin həyat yoldaşına heyran olduğunu bildirib və şirkətin Yelena Zelenskayanın Bugatti ailəsinin bir hissəsi olması ilə fəxr etdiyini vurğulayıb.

"Verite Cachee" yazır ki, Ukrayna liderinin həyat yoldaşı avtomobilini 2026-cı ildə alacaq.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO