Türkiyə ordusu iğtişaşları yatırmaq üçün Suriyanın şimalına əlavə qüvvələr göndərir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Məlumatlara görə, Türkiyə Suriyanın şimalındakı bütün sərhəd qapılarını bağlayıb.
Həmçinin bütün türk dövlət qulluqçularına və hökumət rəsmilərinə Şimali Ərəb Respublikasını dərhal tərk etmək əmri verilib.
Qeyd edək ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Buna cavab olaraq isə bu gün Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.
Bizim.Media