Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb.
Bizim.Media xəbər verir ki, suriyalılar türk hərbi bazalarına hücumlar ediblər.
Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.
Nümayişlərin dünən Kayseridə baş verənlərlə bağlı olduğu bildirilir. Belə ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Kayseri şəhərində etirazçılar avtomobilləri aşıraraq Suriya dükanlarını yandırıblar. Qəzəbli izdiham şübhəlini döyərək linç etmək istəsə də, polis həmin şəxsi aparıb.
Bizim.Media