Rusiya Müdafiə Nazirliyi Ukraynada biri Xarkov və biri Donetsk bölgəsində yerləşən iki yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.
“Rusiya ordusunun uğurlu əməliyyatları nəticəsində Xarkov vilayətinin Stepovaya və Donetsk vilayətinin Novopokrovskoye qəsəbələri azad edilib”, - deyə məlumatda bildirilib.
Rusiya MN Ukrayna ordusuna məxsus 72 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu da qeyd edib:
“Xüsusi hərbi əməliyyat başlayandan Ukrayna ordusunun indiyədək 616 təyyarə, 276 helikopter, 27 min 40 PUA, 535 hava hücumundan müdafiə raket sistemi, 16 min 471 tank və zirehli texnika, 1362 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 11 min 185 haubitsa və 23 min minaatanı məhv edilib".
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:38 / 01.07.2024
Rusiya Ukraynada daha 2 yaşayış məntəqəsini ələ KEÇİRDİ
Hazırda oxunan: Rusiya Ukraynada daha 2 yaşayış məntəqəsini ələ KEÇİRDİ
Hazırda oxunan: Rusiya Ukraynada daha 2 yaşayış məntəqəsini ələ KEÇİRDİ
199933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.