“Krım Platforması” sammitinin təşəbbüskarı ABŞ-dır – Putinin daimi nümayəndəsindən sərt açıqlama

“Krım Platforması” sammitinin təşəbbüskarı ABŞ-dır – Putinin daimi nümayəndəsindən sərt açıqlama

Hazırda oxunan: “Krım Platforması” sammitinin təşəbbüskarı ABŞ-dır – Putinin daimi nümayəndəsindən sərt açıqlama

19992

Krımın Ukrayanaya geri qaytarılması məsələsini müzakirə etməyi planlaşdıran “Krım Platforması” sammitinin əsas təşəbbüskarı ABŞ-dır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Krım hökumətində Baş nazirin müavini və Rusiya prezidentinin Krım üzrə daimi nümayəndəsi Georgi Muradov səsləndirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, ABŞ Ukrayna tərəfinin “Krım Platforması” sammitində iştirakını təmin edəcək.

"Burada təəccüblü bir şey yoxdur. ABŞ “Krım Platforması”nın yaradılmasında başlıca rol oynayır. Onlar bütün bu hekayənin təşəbbüskarları və ideoloqlarıdır". Muradov “RİA Novosti” agentliyinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, sammit təşkilatçılarının məqsədi Krım ətrafındakı vəziyyəti gərginləşdirmək və təxribat yaratmaqdır.

Yarımadanı Kiyevə geri qaytarmaq məsələsini müzakirə etməyi planlaşdırılan “Krım Platforması” sammitinin avqustun 23-də keçirilməsi planlaşdırılır. 

Ukrayna tərəfi tədbirə ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada və AB ölkələri də daxil olmaqla bir çox dövlətin qoşulmağını təklif edib.

Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşib.

Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir. Rusiya rəhbərliyi dəfələrlə Krım sakinlərinin beynəlxalq qaydalara və BMT Nizamnaməsinə tam uyğun olaraq demokratik yolla Rusiya ilə birləşməyə səs verdiklərini bildirib.

Rusiya Prezidenti Vladimir Putinə görə, Krım məsələsi "tamamilə qapanıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO