“Instagram”da qalmaqallı YENİLİK

“Instagram”da qalmaqallı YENİLİK

Hazırda oxunan: “Instagram”da qalmaqallı YENİLİK

199816

“Instagram”ın yeni funksiyası ilə hesablar 3 nəfərə qədər şəxs tərəfindən istifadə edilə biləcək.

Bizim.Media xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi olan Meta şirkəti “Instagram”da istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.

Sonuncu, “Paylaşılan Giriş” adlı yeni funksiyanın ər-arvad arasında dava-dalaşa səbəb olmaq riski olduqca çoxdur. Bu funksiya ilə istifadəçilər üç nəfərə qədər şəxsə öz hesablarına giriş icazəsi verə biləcəklər. Bu şəkildə parolları paylaşmağa ehtiyac qalmayacaq.
Səlahiyyət verilmiş şəxslər hesabdakı yazıları redaktə edə, mesajlara cavab verə və hətta hekayələr paylaşa biləcəklər.

Digər tərəfdən, hesabın paylaşıldığı insanlar hesabı deaktiv edə və ya istifadəçi adı və parol kimi həssas məlumatlara dəyişiklik edə bilməyəcəklər.

Tətbiq daxilində hesablara giriş icazəsi olan şəxsləri görmək olar və hesabın ilk sahibləri istədikləri zaman digər istifadəçilərin icazəsini ləğv edə biləcəklər.

Bundan əlavə, hesab sahibləri digər istifadəçilərin fəaliyyətini də görə biləcəklər. Yeni funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt istifadəyə veriləcəyi dəqiq bilinmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO