Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak üçün iyulun 2-də Qazaxıstana səfər edəcək.
Bizim.Media xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ölkə liderinin ŞƏT-in zirvə toplantısından sonra Tacikistana rəsmi səfər edəcəyini açıqlayıb.
Si Cinpinin Qazaxıstan və Tacikistana səfəri iyulun 6-dək davam edəcək.
Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı iyulun 3-4-də Astanada keçiriləcək.
Tədbirə təşkilata üzv, müşahidəçisi və dialoq üzrə tərəfdaş ölkələrin liderləri, habelə BMT-nin Baş katibi Antonio Quterreş, digər beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan və İran qoşulub.
Bundan başqa, ŞƏT ailəsində müşahidəçi və Azərbaycan da daxil olmaqla dialoq üzrə tərəfdaş statusunda bir neçə ölkə birləşib.
Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzvü olan ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:24 / 30.06.2024
Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək
Hazırda oxunan: Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək
Hazırda oxunan: Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək
199763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.