Bill Qeyts də arvadından ayrılır - 27 il nikahda olub

Bill Qeyts də arvadından ayrılır - 27 il nikahda olub

Hazırda oxunan: Bill Qeyts də arvadından ayrılır - 27 il nikahda olub

19974

“Microsoft”un banisi Bill Qeyts və xanımı Melinda boşandıqlarını elan ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Bill Qeytsin tvitterdə xanımı ilə birlikdə yaydığı açıqlamada deyilir.

"Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik", - açıqlamada qeyd olunur.

Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.

“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə yaşaya biləcəyimizə inanmırıq", - Qeyts cütlüyü vurğulayıb.

Boşanmanın maliyyə tərəfi açıqlanmır.

Qeyd edək ki, “Microsoft”un rəhbəri dünayda ən zəngin biznesmenlərin ilk beşliyinə daxildir, onun ailəsi sərvəti 130 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Bizim.Media 
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO